Flakon

Venadaxili infuziya məhlulu hazırlamaq üçün toz

Beynəlxalq patentləşdirilməmiş adı: Esafosfina, FructoFosfan, FDP

Təsviri: Ağ və yaxud ağımtıl rəngli tozdur. Zəif qoxuya və azacıq duzlu dada malikdir.

Farmakoterapevtik qrupu: Ürək-damar preparatları.

ATC kodu: C01EB07.

Saxlanma şəraiti: 20°C-dan yuxarı olmayan temperaturda, qaranlıq və rütubət olmayan şəraitdə, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Həll olunmuş Biosfina otaq temperaturunda 24 saat ərzində yararlıdır. İstifadə olunmayan məhlul atılmalıdır.

Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

İstehsalçı: Promark Trade LLP
Great Britain

Eksklüziv distribyutor:EL Company LTD.