Aptek
Dərmanların satışı
MEMOS
10 ml-lik 10 flakon
Hər kapsulun tərkibi:
Qinkqo biloba 60 mq
D,L-fosfoserin 50 mq
Fe fumarat 50 mq
Zn 11,20 mq
В1 vit. 0,7 mq
В2 vit. 0,8 mq
В3 vit.(niasinamid) 9 mq
В5 vit. (pantoten t-su) 3 mq
В6 vit. 1 mq
В7 (biotin) 0,5 mkq
В9 (fol t-su) 0,1 mq
В12 vit. 0,5 mkq
С vit. 30 mq
Hər flakonun tərkibi:
Arginin aspartat 500 mq
L- qlutamin 177 mq
Xolin 150 mq
MEMOS – nootrop, psixostimulyator, mərkəzi və periferik qan dövranını yaxşılaşdıran, antihipoksant bir preparatdır. Arginin aspartat – antiastenik effekt göstərir, dözümlüyü artırır, hüceyrə metabolizmini aktivləşdirir, sidik cövhərinin mübadiləsində iştirak edir, ammonyakın zərərsizləşməsini və xaric olunmasıni təmin edir, hipofizdən boy hormonunun ifrazını stimullaşdırır. Qanda şəkərin miqdarını tənzimləyir, südturşulu asidozu azaldır. Nootrop və amneziyaəleyhinə aktivlik göstərir, mediator aminturşuların mübadiləsi zamanı stress dəyişikliklərinin qarşısını alır, mərkəzi sinir sistemində zülalların fosforillaşma prossesini artırır. Qanda şəkərin miqdarını tənzimləyir və metabolizmi aerob yola keçirməklə,əzələ gərginliyi nəticəsində əmələ gələn südturşulu asidozu azaldır.Nootrop və antiamnezik aktivlik göstərir, stress nəticəsində mediator aminturşularının metabolizmində əmələ gələn dəyişikliklərə mane olur,MSS-dəki bir sıra zülalların fosforlaşması prossesini artırır.D,L-Fosfoserin — sinir prosseslərini, həmçinin sinir hüceyrələrinin bölünməsini və inkişafını tənzinləyir.O, həmcinin baş beyində qlükozanın metabolizmini aktivləşdirir və sinir hüceyrələrinin işemik zədələnməyə qarşı dözümlüyünü artırır.Fosfoserin makrofaqların faqositar aktivliyini aşağı salmaqla,onlar tərəfindən sinir hüceyrələrinin məhv edilməsinin qarşısını alır.Asetilxolinin sintezini stimulə edir və baş beyində xolinergik prossesləri aktivləşdirir.Yaddaşı, qavramanı yaxşılaşdırır, enmiş əhvali-ruhiyyəni qaldırır, ümumi aktivliyi stimulə edir.Beyin hüceyrələrini zədələnmədən mühafizə edir, membranoprotektor təsiri göstərir, sinir toxumasının strukturunu bərpa edir, beyin hüceyrələrinin metabolizmini yaxşılaşdırır.L-qlutamin — MSS-də metabolik prossesləri tənzimləyir; nootrop,dezintoksikasiyaedici, ammoniumbirləşdirici təsir göstərir.QAYT (ГАМК) miqdarını artırır ki, bu da baş beynin normal fəaliyyəti ücün cox vacibdir.Baş beyində yüksək metabolik aktivlikli neyromediator rolunu oynayır, oksidləşmə-bərpa prosseslərini, zülal mübadiləsini stimulə edir.Sinir və endokrin sistemlərinin funksional vəziyyətlərini dəyişməklə, maddələr mübadiləsini normallaşdırır.MSS-nin sinapslarında qıcığın ötürülməsini stimulə edir; ammoniumu birləşdirir və xaric edir.Xolin –sinir sisteminin normal fəaliyyət göstərməsinə təsir göstərir, sinir hüceyrələrinin mühafizəedici mielin qişasının əmələ gəlməsində iştirak edir.Xolinin orqanizmdə olması mielin təbəqəsini dağılmaqdan, sinir hüceyrələrini zədələnmədən qoruyur.Xolin asetilxolin neyromediatorunun sələfidir ki, bu da sinir hüceyrələrinin ötürücüsü olan vacib neyromediatordur.Beləliklə, xolin sinir sistemi pozğunluqlarının qarşısını alır.Qinko biloba –beyin qan dövranını yaxşılaşdırır, damar divarlarının keçiriciliyini azaldır, nəzərəçarpacaq ödeməleyhinə təsir göstərir (baş beyində, periferik toxumalarda).Antihipoksik, antioksidant xüsusiyyətlərə malikdir.Sərbəst radikalların əmələ gəlməsinin və hüceyrə membranı lipidlərinin peroksid oksidləşməsinin qarşısını alır; mitoxondrilərin sayının artmasına və hüceyrələrdə ATF-in toplanmasına, oksigenin və qlükozanın mənimsənilməsinin artmasına, MSS-də mediator prosseslərin normallaşdırılmasına yardım göstərir.Yaddaşı və qavrama qabiliyyətini yaxşılaşdırır.B qrupu vitaminləri – əqli və fiziki iş qabiliyyətini yüksəldirlər, sinir sisteminin strukturunu bərpa edirlərlər, MSS-də oyanma və tormozlanma prossesləri arasında optimal balans yaradırlar.
Ensefalopatiya, kəllədaxili hipertenziyalar
İntellektual qabiliyyətin və yaddaşın enməsi
Diqqətin pozulması
Psixoemosional streslər, depressiyalar
Ağır fiziki gərginliklər
Xroniki yorğunluq sindromu
Preparatın komponentlərinə qarşı həssaslıq.
Flakonun qapağını müqavimət əmələ gələnə qədər saat əqrəbi istiqamətində döndərməli, tökülən tozun flakondakı məhlulda tam həll olmasına qədər çalxalamalı, sonra flakon tam açılana qədər, qapağı saat əqrəbinin əksi istiqamətində fırlatmalı.Qapağı açmalı və dərhal, əmələ gəlmiş məhlulu qəbul etməli.
0-3 yaş: ½ flakondan günaşırı; 3-6 yaş: ½ flakondan hər gün; 6-12 yaş: 1 flakondan günaşırı; 12 yaşdan yuxarı: 1 flakondan hər gün.
10 ml-lik 10 flakon.