Kapsula
HelicoTer Helicobacter pylori infeksiyası olan pasientlər üçün bioloji fəallığa malik qida əlavəsidir. HelicoTer tərkibində spesifik antihelikobakter effektinə malik xüsusi hazırlanmış Lactobacillus reuter ştammları vardır. Laktobakteriyalar seçici olaraq Helicobacter pylori-nin hüceyrə divarında yerləşmiş səthi reseptorlarla birləşərək Helicobacter pylori-ni təhlükəsiz şəkildə mədə-bağırsaq traktı vasitəsilə orqanizmdən xaric edir. Nəticədə, Helicobacter pylori-nin miqdarını lazımi səviyyəyə qədər azaldaraq mədə bağırsaq traktının xroniki xəstəliklərinin residivləşməsinin və həmçinin, mədə və 12 barmaq bağırsaq xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
HelicoTer qida əlavəsi kimi Helicobacter pylori bakteriyasının risk faktoru olduğu mədə bağırsaq traktının xroniki xəstəliklərindən əziyyət çəkən eroziv qastrit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi olan şəxslərə tövsiyə olunur. HelicoTer eyni zamanda 6 yaşdan yuxarı uşaqlara və böyüklərə ishaldan sonra normal həzmi bərpa etmək məqsədilə, həmçinin zəhərlənmədən və mövsümi kəskin bağırsaq infeksiyalarından sonra da tövsiyə edilə bilər.