Aptek

Dərmanların satışı

HelicoTer

HelicoTer Helicobacter pylori infeksiyası olan pasientlər üçün bioloji fəallığa malik qida əlavəsidir. HelicoTer tərkibində spesifik antihelikobakter effektinə malik xüsusi hazırlanmış Lactobacillus reuter ştammları vardır. Laktobakteriyalar seçici olaraq Helicobacter pylori-nin hüceyrə divarında yerləşmiş səthi reseptorlarla birləşərək Helicobacter pylori-ni təhlükəsiz şəkildə mədə-bağırsaq traktı vasitəsilə orqanizmdən xaric edir. Nəticədə, Helicobacter pylori-nin miqdarını lazımi səviyyəyə qədər azaldaraq mədə bağırsaq traktının xroniki xəstəliklərinin residivləşməsinin və həmçinin, mədə və 12 barmaq bağırsaq xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. HelicoTer qida əlavəsi kimi Helicobacter pylori bakteriyasının risk faktoru olduğu mədə bağırsaq traktının xroniki xəstəliklərindən əziyyət çəkən eroziv qastrit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi olan şəxslərə tövsiyə olunur. HelicoTer eyni zamanda 6 yaşdan yuxarı uşaqlara və böyüklərə ishaldan sonra normal həzmi bərpa etmək məqsədilə, həmçinin zəhərlənmədən və mövsümi kəskin bağırsaq infeksiyalarından sonra da tövsiyə edilə bilər.

Sektorlar:
Kataloqlar:
Çatdırılma:Yoxdur
Stokda:Var

1 kapsulun tərkibində vardır:

Təsiredici maddə: PYLOPASS™ (Lactobacillus reuteri DSM 17648) – 200 mq; Köməkçi maddələr: Qida jelatini; dolğu: sellüloza; antioksidant maddələr: yağ turşularının maqnezium duzları, silisium dioksid; rəng: titan dioksid.

Məhsulun tərkibindəki komponentlərdən hər hansı birinə qarşı həssaslıq.

Tövsiyə olunan gündəlik dozanı aşmayın. Qida əlavələri müxtəlif və balanslaşdırılmış qidalanmanı və sağlam həyat tərzini əvəz etmək üçün nəzərdə tutulmamışdır. Normal qidalanmanı əvəz etmir.

Dərman vasitəsi deyildir, xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövrlərində, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Məhsul otaq temperaturunda, düzgün saxlanıldıqda istifadə tarixinədək etibarlıdır.

HelicoTer 6 yaşdan yuxarı uşaqlara və böyüklərə 1 kapsuldan gündə 1 dəfə yemək vaxtı daxilə qəbul etmək tövsiyə olunur. Doza həkimin məsləhəti ilə artırıla bilər. Tövsiyə olunan müalicə müddəti 4 həftədir. İstifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Karton qutuda bir blisterdə 15 kapsul.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*