Aptek

Dərmanların satışı

Mebever Capsule

MEBEVER 200 mq modifikasiyalı azad olunan kapsullar

Sektorlar:
Kataloqlar:
Çatdırılma:Yoxdur
Stokda:Var

Bir bərk jelatin kapsulun tərkibində

Təsiredici maddələr: Mebeverin Hidroxlorid BP (davamlı azad olunan forma) 200 mq vardır.

Köməkçi maddələr: boş bərk jelatin kapsullar (qırmızı/rəngsiz) “0” ölçü.

Kliniki effektivliyi və təhlükəsizliyi

Mebeverinin bütün formaları ümumilikdə təhlükəsiz və tövsiyə olunan doza rejimində orqanizm tərəfindən yaxşı mənimsənilmişdir.

Pediatrik populyasiya

Preparatın effektivliyi və təhlükəsizliyi yalnız böyüklərdə qiymətləndirilmişdir

Absorbsiya

Kapsulun daxilə qəbulundan sonra mebeverin sürətlə və tamamilə absorbsiya olunur. Modifikasiyalı azadolma forması gündəlik iki dəfə dozalanma sxeminə imkan yaradır.

Paylanma

Çoxsaylı dozalardan sonra əhəmiyyətli dərəcədə kumulyasiya baş vermir.

Biotransformasiya

Mebeverin hidroxlorid əsasən esterazlar tərəfindən metabolizə olunur və əvvəlcə mürəkkəb efiri paçalayaraq, veratrit turşusu və mebeverin spirti ilə birləşir. Plazmadakı əsas metabolit DMAC-dır

(Demetilləşmiş karboksil turşusu). tarazlıq vəziyyətdə DMAC-ın yarımxaricolma dövrü 5,77 saatdır.

Çoxsaylı dozalanma zamanı (200 mq b.i.d.) DMAC-ın Cmax 804 nq/ml, tmax isə təxminən 3 saat təşkil edir. Modifikasiyalı azad olunan kapsulun nisbi biomənimsənilməsi 97% orta nisbət ilə optimal hesab olunur.

Fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası və ya sukroza-izomaltaza çatışmazlığı kimi nadir irsi problemləri olan pasiyentlər bu dərman vasitəsini qəbul etməməlidir.

Qıcıqlanmış bağırsaq sindromunun simptomatik müalicəsi.

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı yüksək həssaslıq.

Aşağıdakı əlavə təsirlər postmarketinq istifadəsi zamanı spontan olaraq bildirilmişdir. Mövcud məlumatlara əsasən dəqiq tezliyini qiymətləndirmək mümkün deyil.

Allergik reaksiyalar əsasən dəri  tərəfindən müşahidə olunmuşdur lakin bununla məhdudlaşmır.

İmmunitet sistem pozğunluqları:

Hiperhəssaslıq (anafilaktik reaksiyalar)

Dəri və dərialtı toxuma pozğunluqları:

Övrə, angioödem, üzdə şişkinlik, ekzantema.

Şübhəli əlavə təsirlər barədə məlumatların bildirilməsi

Dərman preparatı qeydiyyata alındıqdan sonra ehtimal edilən şübhəli əlavə təsirlər barədə məlumatların bildirilməsi vacibdir. Bu, dərman preparatının fayda/risk balansına davamlı nəzarət etməyə imkan yaradır. Pasiyentdə dərman vasitəsinə ciddi əlavə təsirin aşkar olunması və ya bu bölmədə təsvir olunmamış yeni əlavə təsirin yaranması zaman Milli Farmakoloji Nəzarət sistemi ilə müvafiq olaraq xəbər verməyinizi xahiş edirik.

Dozalanma

200 mq bir kapsul gündə iki dəfə, bir səhər və bir axşam qəbul edilməklə.

Pediatrik populyasiya

Təhlükəsizliyinə və effektivliyinə dair məlumatların kifayət qədər olmaması səbəbindən Mebeverin 200 mq modifikasiyalı azad olunan kapsullarının uşaqlarda və  18 yaşdan kiçik yeniyetmələrdə istifadəsi tövsiyə edilmir.

İstifadə müddəti məhdud deyil.

Bir və ya bir neçə doza qəbulu buraxılıbsa, xəstə təyin olunduğu kimi növbəti dozaya davam etməlidir; buraxılmış doza(lar) adi dozaya əlavə olaraq qəbul edilməməlidir.

Xüsusi populyasiya

Yaşlılarda, böyrək və/və ya qaraciyər funksiyası pozulmuş xəstələrdə heç bir dozalanma tədqiqatı aparılmamışdır.

Mövcud post-marketinq məlumatlarına əsasən yaşlılar, böyrək və/və ya qaraciyər çatışmazlığı olan xəstələr üçün heç bir xüsusi risk müəyyən edilməyib. Yaşlılarda, böyrək  və/və ya qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.

Daxilə qəbul edilir

Böyüklər (o cüm., yaşlılar):

Kapsulları kifayət miqdarda su ilə (ən azı 100 ml su) udmaq lazımdır.

Onları çeynəmək olmaz, belə ki, kapsul örtüyü uzunmüddətli azad olma mexanizmi üçün nəzərdə tutulmuşdur.

10 kapsul Alü-Alü blisterdə. 9 Blister (90 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*