Aptek

Dərmanların satışı

FEROGLOBIN

30 mikropellet kapsul

Sektorlar:
Kataloqlar:
Firmalar:
Çatdırılma:Yoxdur
Stokda:Var

Fe fumarat (II)            24 mq

Fol turşusu               500 mkq

В6 vitamini                   5 mq

В12 vitamini               10 mkq

Zn                               12 mq

Cu                                2 mq

FEROGLOBİN – kompleks antianemik preparatdır, tərkibinə dəmirdefisitli anemiyanın müalicəsi üçün lazım olan bütün komponentlər daxildir.

Dəmir insan orqanizmi üçün vacib olan əvəzolunmayan metaldır. Hemoqlobin, mioqlobin, ferment-

lərin tərkibinə daxildir; oksigenlə birləşərək bir sıra oksidləşmə-reduksiya reaksiyalarında, qanyaranma prosseslərində aktiv iştirak edir.

Mis fermentlərin sintezini təmin edir, dəmirin bağırsaqlardan sorulmasına və hemoqlobinin əmələ gəlməsində aktiv iştirak edir.

Sink  normal qanyaranma üçün vacib olan komponentdir.

В6 vitamini eritrositlərin dəmirlə mənimsəməsini yaxşılaşdırır; mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətini yaxşılaşdırır; triptofan, sistein, qlütamin və digər aminturşuların mübadiləsində iştirak edir.

В12 vitamini yüksək bioloji aktivliyə malikdir, normal qanyaranmanı və eritrositlərin formalaşmasını təmin edir; xolinin, metioninin, kreatinin sintezində iştirak edir.

Fol turşusu  B qrupu vitaminlərin tərkibinə daxildir, aminturşuların, nukleotidlərin və nuklein turşuların yaranmasında iştirak edir, eritrositlərin normal inkişafını təmin edir. Fol turşusu orqanizimdə koferment rolunda çıxış edən  tetrafolturşusuna qədər bərpa olunur. Fol turşusu qan hüceyrələrin yaranmasında, blast hüceyrələrin sintezində və meqaloblastların formalaşmasında iştirak edir. Fol turşusunun çatışmamazlığı nəticəsində qanyaranmanın meqaloblast fazanın normoblast fazaya keçməsini tormozlayır.

Dəmirdefisitli anemiyalar

Hamiləlik və laktasiya dövrü zamanı anemiyanın profilaktikası, aybaşı dövrü

Xəstəliklərdən sonra reabilitasiya dövrü

Fibromioma

Mədə-bağırsaq xorası, enterit, maladsorbsiya sindromu, xoralı kolit, hemarroy, düz bağırsaq çatı

Xəstəliklərdən sonra reabilitasiya dövrü

Uşaq və yeniyetmələrdə inkişaf dövrü

Fe defisiti ilə əlaqədar olmayan anemiyalar (hemolitik, meqaloblast, B12-defisitli anemiyalar), hemosideroz.

allergik və dispeptik reaksiyalar.

1-2 kapsul gündə 1 dəfə yeməkdən sonra. Müalicə kursu 3-4 həftə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*