Aptek

Dərmanların satışı

PROSİNOLON DUO

Rektal krem .Fluocınolone acetonıde + Lıdocaıne hydrochlorıde

Sektorlar:
Kataloqlar:
Çatdırılma:Yoxdur
Stokda:Var

1 q kremin tərkibində 0,1 mq fluosinolon asetonid, 20,0 mq lidokain hidroxlorid vardır.

Köməkçi maddələr: propilenqlikol,  maye parafin, ağ yumşaq parafin, metilhidroksibenzoat,

propilhidroksibenzoat, PEG – stearat qlikol stearat, mentol, makroqol qliserin oleat,

dinatrium edetat, etanol (96%), butilləşdirilmiş hidroksitoluen, təmizlənmiş su.

Farmakodinamikası

PROSİNOLON DUO lidokain hidroxlorid ilə fluosinolon asetonidinin spesifik birləşməsi olub, hemorroy və digər anorektal xəstəliklərin müalicəsi üçün istifadə olunur. Fluosinolon asetonid iltihabəleyhinə, qaşınmaəleyhinə və vazokonstriktiv xüsusiyyətlərə malik yerli kortikosteroiddir. Lidokain hidroxlorid yerli anestetikdir və lokal anesteziya üçün istifadə olunur

Fluosinolon asetonid

Daşıyıcı, epidermal baryerin tamlığı və okklyuziv sarğının tətbiqi kimi amillər yerli istifadə üçün olan fluosinolon asetonidin dəri vasitəsilə absorbsiya dərəcəsini təyin edir.

Absorbsiya sağlam, zədələnməmiş dəri vasitəsilə baş verir, lakin əgər dəridə iltihab və ya digər xəstəliklər olarsa, preparatın absorbsiyası artır. Dərmanın absorbsiyası okklyuziv sarğıların istifadəsi zamanı da artır. Dəridən sorulduqdan sonra yerli kortikosteroidlər sistemli kortikosteroidlər kimi plazma zülalları ilə müxtəlif səviyyələrdə bağlanır və əsasən qaraciyərdə metabolizmə uğrayır. Onlar əsasən böyrəklər tərəfindən xaric olur, lakin bəzi yerli kortikosteroidlər və onların metabolitləri ödlə də çıxır.

Lidokain hydroxlorid

Lidokain zədələnməmiş dəridən adətən pis sorulur. Bununla belə, dəriyə tətbiq edildikdən sonra absorbsiyanın daha yüksək ola biləcəyinə dair bəzi sübutlar var, məsələn vaxtından əvvəl doğulmuş körpələrdə.

  • Anal ekzema.
  • Kortikosteroidlərə, o cümlədən fluosinolon asetonidə qarşı yüksək həssaslıq;
  • Yerli anestetiklərə, o cümlədən lidokain hidroxlorid, propilen qlikol, propilhidroksibenzoat, metilhidroksibenzoat, butilləşdirilmiş hidroksitoluola qarşı yüksək həssaslıq;
  • Preparatın tərkibində olan köməkçi komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq;
  • Dərinin spesifik xəstəlikləri (sifilis, vərəm);
  • Ağır böyrək çatışmazlığı;
  • Bəzi virus xəstəlikləri;
  • Qanaxma;

Peyvənd olunan pasiyentlər

Əlavə təsirlərin tezlik parametrləri aşağıdakı şəkildə müəyyən olunur: çox tez-tez (≥1/10); tez-tez (≥1/100- <1/10); bəzən (≥1/1000- <1/100); nadir (≥1/10000- <1/1000); çox nadir (<1/10000); tezliyi məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil).

Bu kombinasiya adətən yaxşı qəbul edilir.

Nadir hallarda (≥1/10000-<1/1000) bir neçə dəfə tətbiq etdikdən sonra yox olan yanma hissiyyatı və qaşınma ola bilər. Mümkün yerli və ya sistemli infeksiyalar zamanı antibiotik müalicəsi tövsiyə olunur. Preparatın uzun müddətli istifadəsindən sonra kortizolun plazma səviyyəsinin azalması, Kuşinq sindromu və adrenal supressiya kimi əlavə təsirlər müşahidə oluna bilər. Bu həmçinin, ikincili infeksiyalaşma

hiperhəssaslıq reaksiyaları, hipertrixoz, follikulit, dərinin quruması, dərinin hipopiqmentasiyası, sızanaqlar, dərinin qıcıqlanması və s. yerli əlavə təsirlərə səbəb ola bilər.

Bu preparat yüksək dozalarda və uzun müddət istifadə olunarsa, kortikosteroidlərin sistemli absorbsiyası nəticəsində Kuşinq sindromu, hiperqlikemiya, qlükozuriya və adrenokortikotrop hormonun hipofizdən geridönən sintezi kimi fəsadlar müşahidə oluna bilər.

15 q krem  alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*