Aptek

Dərmanların satışı

Provato 1 qr

Hər flakonda seftriakson - 1qr + lidokain 1%-li 3,5 ml

10 AZN
9 AZN
Sektorlar:
Kataloqlar:
Çatdırılma:Yoxdur
Stokda:Yoxdur

Hər flakonda seftriakson – 1qr
hər həlledici ampulda lidokain 1%-li 3,5 ml var.

Seftriakson 3 nəsil sefalosporinlərin nümayəndəsi olub, güclü bakterisid təsirə malikdir. Bakteriyalarin hüceyrə divarının sintezini inhibə edir.Provato geniş təsir spektrinə malik olub,qram mənfi və qram müsbət bakteriyalara qarşi aktivdir.Provato beta laktamazaya qarşı yuksək rezistentdir.Təsir spektri :Qram müsbət aeroblar:Staphylococcus aureus, Staphylococcus epidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Streptococcus viridans, Streptococcus bovis;qram mənfi aeroblar:Aeromonas spp., Enterobacter spp.,Escherichia coli, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella spp, Moraxella spp, Morganella morgani, Neisseria meningitidis, Proteus mirabilis, Proteus vulgaris, Salmonella spp, Shigella spp, Vibrio spp, Yerseniya spp, Pseudomonas aeruginosa(bəzi ştammları);
anaeroblar:Bacteroides spp., Clostridium spp.,Fusobacterium spp., Peptostreptococcus spp. Provatoya qarşi həssasdırlar.

Biomənimsənilməsi 100%-dir, plazma zülalları ilə 85-95% birləşir. Orqan və toxumalara asanlıqla keçir.Yarımxaricolma periodu 8 -10 saatdır. Provato 50-60% böyrəklərlə,40—60% ödlə dəyişilməmiş şəkildə xaric olur.

Yuxarı və aşağı tənəffüs yollarının, LOR orqanlarının infeksiyaları(angina,otit, bronxit, pnevmoniya,plevrit);
Qarın boşluğu orqanlarının infeksiyaları(bağırsaq infeksiyaları,peritonit,xolesistit, pankreatit);
Sümük, oynaq,dəri və yumşaq toxumaların infeksiyaları(osteomielit,artrit,furunkul, karbunkul,fleqmona);
Salmonelloz, Laym xəstəliyi, Meningit, Sepsis;
Sidikçıxarıcı yolların və cinsiyyət orqanlarının infeksiyaları(pielonefrit,sistit).

Sefalosporin qrup antibiotiklərə və penisillinlərə qarşı yüksək həssalıq.

Bəzənürəkbulanma,dəri səpgiləri.

Sutkalıq dozası 1 qr əzələ daxilinə,
maksimal sutkalıq dozası isə 4 qr-a qədər arta bilər.

Provato flakonda inyeksiya üçün poroşok 0,5qr;
Həlledici-ampulda 3,5ml 1%-li lidokain

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*