Aptek
Dərmanların satışı
Prosynolone
Sarıdan qəhvəyi rəngə qədər torpedoşəkilli bərk kütlədir
1 suppozitoriyanın tərkibində 0,03 q efedrin hidroxlorid, 0,08 q lidokain hidroxlorid,
0,10 q bismut subqallat, 0,10 q sink oksid, 0,10 q Peru balzamı, 0,04 q gənəgərçək yağı
vardır
Efedrin hidroxlorid
Efedrin adrenergik reseptorlara birbaşa və dolayı təsir göstərən simpatomimetik vasitədir. Terapevtik dozalarda periferik vazokonstriksiyaya səbəb olur. Efedrin həm α-, həm də β-adrenergik reseptorları stimulə edir. Hesab olunur ki, β-adrenergik effektlər adenilsiklaza fermentinin aktivləşməsi hesabına tsiklik adenozin 3′, 5′-monofosfat istehsalının stimullaşdırılması nəticəsində, α-adrenergik təsir isə adenilsiklaza fermentinin fəaliyyətinin tormozlanması nəticəsində yaranır. Efedrin həmçinin, noradrenalini depo yerindən azad edərək dolayı təsir də göstərir. Preparat dərinin, selikli qişaların və daxili orqanların arteriolalarını daraldır, skelet əzələlərində olan arteriolaları isə genişləndirir.
Lidokain hidroxlorid
Lidokain amid tipli yerli anestetikdir. İnyeksiya şəklində və selikli qişalara yerli tədbiq üçün geniş şəkildə istifadə olunur. Təsiri və anesteziyası çox tez, inyeksiya yerindən asılı olaraq bir neçə dəqiqə ərzində başlayır, onun orta təsir müddəti vardır. Lidokainin təsirinin başlama sürəti və davametmə müddəti damardaraldıcı preparatların əlavə edilməsi hesabına artır və qana sorulması inyeksiya yerindən asılı olaraq azalır. Səthi və ya yerli anesteziya dəridə və ya selikli qişalarda olan həssas sinir uclarını blokada edir. Yerli anestetiklərin əksəriyyəti effektiv səthi anesteziya yaradır, prokain istisna olmaqla.
Bismut subqallat
Bismut subqallat selikli qişalara və işlənmiş səthlərə qoruyucu təsir göstərir. Yüngül büzücü və antiseptik xüsusiyyətlərə malikdir.
Sink oksid
Sink oksid yüngül büzücü təsir göstərir və ekzema, yüngül qıcıqlanma, yaralar və hemoroy zamanı sakitləşdirici, qoruyucu vasitə kimi yerli olaraq istifadə olunur.
Peru balzamı
Peru balzamı tərkibində olan darçın və benzoy turşuları hesabına çox yumşaq antiseptik təsirə malikdir.
Eyni miqdarda gənəgərçək yağı ilə qarışdırılaraq yataq yaralarında və xroniki xoralarda applikasiya kimi istifadə olunmuşdur; o həmçinin, dərinin səthi zədələnmələri və qaşınma zamanı yerli dərman preparatlarının tərkibində də tətbiq edilmişdir. Hemorroy xəstəliyinin simptomlarını yüngülləşdirmək üçün istifadə olunan bəzi rektal preparatların da tərkibində vardır.
Gənəgərçək yağı
Gənəgərçək yağının işlədici, antibakteriyal, nəmlədirici, sağaldıcı və təmizləyici xüsusiyyətləri vardır.
Lidokain hidroxlorid
Lidokain mədə-bağırsaq traktından, selikli qişalardan və zədələnmiş dəridən asanlıqla sorulur. Yerli anestetiklər zəif əsaslı olurlar və toxuma pH-da sinir lifində ionlaşmanın baş verə biləcəyi yerə çatmaq üçün birləşdirici toxuma və hüceyrə membranları vasitəsilə diffuz edir. Amid tipli anestetiklər qaraciyərdə, bəzi hallarda isə böyrəklərdə metabolizmə uğrayırlar. Zülallarla birləşmə xüsusiyyəti efir tipli anestetiklərin əksəriyyətində az, amid tipli anestetiklərdə isə çox yüksəkdir.
Efedrin hidroxlorid
Efedrin mədə-bağırsaq traktından asanlıqla və tamamilə sorulur.
Bismut subqallat
Bismut subqallat orqanizmdə sistemli qan dövranına daxil olmadan öz müalicəvi təsirini göstərir.
Sink oksid
Sink oksid orqanizmdə sistemli qan dövranına daxil olmadan öz müalicəvi təsirini göstərir.
Peru balzamı
Peru balzamı orqanizmdə sistemli qan dövranına daxil olmadan öz müalicəvi təsirini göstərir.
Gənəgərçək yağı
Rektal yolla tətbiq olunan gənəgərçək yağının farmakokinetik məlumatları mövcud deyil.
Hemorroy xəstəliyinin yerli müalicəsi
Preparatın tərkibində olan təsiredici və köməkçi komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Əlavə təsirlərin tezlik parametrləri aşağıdakı şəkildə müəyyən olunur: çox tez-tez (≥1/10); tez-tez (≥1/100- <1/10); bəzən (≥1/1000- <1/100); nadir (≥1/10000- <1/1000); çox nadir (<1/10000); tezliyi məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil).
Bəzən (≥1/1000- < 1/100): hiperhəssaslıq.
Çox nadir hallarda (<1/10,000): yanma hissiyyatı və ya eritema.
melhem şəklində