Aptek
Dərmanların satışı
GLUTAD
600 mq toz /4ml inyeksiya üçün su №10
Hər flakonda: qlutationun natrium duzu-600 mq
Hər həlledici ampulda: inyeksiya üçün su-4 ml
GLUTAD hüceyrələrdə geniş yayılmış spesifik funksiyaya malik tripeptid olub, sistein, qlutamin turşusu və qlisindən ibarətdir. GLUTAD güclü antioksidant, hepatoprotektor, immunostimulyator və detoksikantdır. Həmçinin, GLUTAD trombolitik, antiaterosklrotik, damargenişləndirici, hipoxolesterinemik, öd qovucu və iltihabəleyhinə təsir göstərir.Qlutation qaraciyərdə, böyrəküstü vəzidə, eritrositlərdə, həmçinin də ağciyər və mədə-bağırsaq traktında geniş miqdarda yayılmışdır. GLUTAD zülalların sulfhidril və disulfid qruplarına təsir göstərən ağır metal ionları ilə birləşərək, onları zərərsizləşdirir. GLUTAD maddələr mübadiləsində hidrogen daşıyıcısı kimi çıxış edir. Tərkibində az miqdarda S-H saxlayan eritrositlərin membranının oksidləşərək, parçalanmasının qarşısını alır.Qlutation karbohidrat mübadələsində böyük əhəmiyyət daşıyır, həmçinin lipid mübadiləsinə təsir göstərməklə aterosklerozun yaranmasının qarşısını alır və qocalmanı ləngidir. Qlutation defisiti ilkin olaraq sinir sistemində öz əksini tapır; təfəkkür qabiliyyətini aşağı salır, koordinasiyanı pozur və tremora səbəb olur. Qlutationun orqanizmdə miqdarı yaşla əlaqədar olaraq azalır.Tədqiqtlar göstərir ki, qlutationun miqdarının azalması qaraciyərin işini pisləşdirir, nəticədə qanda daha çox miqdarda toksin dövr etməyə başlayır ki, bu da bütövlükdə bütün orqanizm və onun hüceyrələri üçün zərərlidir.
- Müxtəlif mənşəli qaraciyər xəstəliklərinin müalicəsi:kəskin və xronik hepatit, toksiki hepatit, qaraciyər sirrozu, qaraciyərin piy distrofiyası, qaraciyərdaxili xolestaz
- Ağır metallarla, narkotiklərlə, alkoqolla və digər maddələrlə zəhərlənmələr
- Xərçəng və digər şiş xəstəliklərinin müalicə və profilaktikası
- Cərrahi əməliyyatdan əvvəl və sonra
- Nefrit. Böyrək çatışmazlığı. Hemadializ keçən xəstələr
- Olioqospermiya. Azospermiya
- Şəkərli diabet. Toksiki zob. Piylənmə
- Ateroskleroz. Tromboz
- Ü.İ.X:stenokerdiya, miokard infarktı. Arterial hipertoniya. Ürək çatışmazlığı
- Serebrovaskulyar pozğunluq. Ensefalopatiya.Dağınıq skleroz. Alsqeymer xəstəliyi
- Mərkəzi və periferik sinir sisteminin xəstəlikləri. Polineyropatiya (diabetik və alkoqol)
- Pnevmoniya, bronxit, ağciyər vərəmi
- Xlamidioz. Qardnerelloz. Ureoplazmoz. Sitomeqalovirus.Genital herpes
- Katarakta. Qlaukoma. Torlu qişanın distrofiyası. Görmənin zəifləməsi
- Xəstəliklərdən sonra reabilitasiya dövrü
- Uşaq və yeniyetmələrdə inkişaf dövrü
Preparata qarşı yüksək həssaslıq.
Çox nadir hallarda dəridə səpgilər müşahidə etmək olar.
Gündə 1-2 flakon ə/d və v/d daxilinə yavaş yeridilir. Təyinatdan asılı olaraq vena daxilinə damcı üsulu ilə də yeritmək olar. Müalicə kursu 10 gündür, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, müalicə kursu artırıla bilər.
600 mq toz /4ml inyeksiya üçün su №10