Aptek

Dərmanların satışı

Elur

Hepatoprotektor, ödqovucu

Sektorlar:
Kataloqlar:
Firmalar:
Çatdırılma:Yoxdur
Stokda:Var

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq ursodezoksixol turşusu vardır.
Köməkçi maddələr: laktoza monohidrat, povidon, natrium nişastaqlikolyatı, qarğıdalı
nişastası, natrium kroskarmelloza, maqnezium stearat.

Xolesterindən əmələ gələn təbii hidrofilik öd turşusu olan UDXT insan ödündə az
miqdarda mövcuddur.
UDXT əsas öd turşusu olub, toksik konsentrasiyada olan endogen hidrofobik
qaraciyərin xolestatik xəstəliyi zamanı yığılan öd turşularını əvəz edir. ELUR
preparatının oral tətbiqi, ursodezoksixol turşusunun miqdarını dozaya bağlı şəkildə
artırır, xolestatik qaraciyər xəstəliyində toplanmağa meyilli olan endogen hidrofob öd
turşularının zəhərli konsentrasiyalarını sıxışdırır/əvəz edir. Hüceyrə və molekulyar
səviyyədə göstərdiyi çoxsaylı təsir mexanizmlərinə zəhərli öd turşularının
sıxışdırması və əvəz etməsi ilə yanaşı həmçinin, öd axarlarının zədələnmiş epitel
hüceyrələrini (xolangiositləri) öd turşusunun toksiki təsirindən qoruması
(sitoproteksiya), hepatositlərin apoptozunun inhibə etməsi, hepatositlərdə və
xolangiositlərdə olan MHC sinif I zülallarının ekspressiyasını azaltması, hepatositlər
və xolangiositlər tərəfindən ödün sekresiyasının stimulyasiyası kimi bir sıra
mexanizmlər vasitəsilə göstərdiyi immunomoduləedici effekti də göstərmək olar.
Birincili biliar sirrozu olan pasiyentlərdə ELUR preparatının qəbulundan sonra
müşahidə edilən xolesterin səviyyəsinin azalması effekti xolestazın yaxşılaşması,
xolesterin mübadiləsinin dəyişməsi və ya hər ikisi ilə əlaqəli ola bilər. ELUR
preparatının endogen öd turşusu tərkibindəki törətdiyi dəyişikliklər bu iki
mexanizmin ortaq nəticəsi ola bilər.

UDXT insan orqanizminin ümumi öd turşularının az bir hissəsini (təxminən 5%)
təşkil edir. ELUR preparatının peroral qəbulundan sonra, böyük bir hissəsi passiv
diffuziya yolu ilə absorbsiya olunur və tam sorulmur.
Sağlam insanlarda ursodezoksixol turşusunun (qeyri-konyuqasiya olunmuş) ən azı
70%-i plazma zülalları ilə birləşir. Sağlam insanlarda və ya birincili biliar sirrozu
olan pasiyentlərdə konyuqasiya olunmuş UDXT-nun plazma zülalları ilə birləşməsi
barədə heç bir məlumat yoxdur. Lakin ursodezoksixol turşusunun effektivliyi onun
plazmada deyil, öddə olan konsentrasiyası ilə əlaqəli olduğundan, onun plazma
səviyyələri klinik şəraitdə biomənimsənilməsini göstərmir. Onun paylanma həcmi
təyin olunmamışdır, lakin dərmanın daha çox öd və nazik bağırsaqda paylandığı üçün
kiçik olması gözlənilir. Ursodezoksixol turşusu 1-3 saatdan sonra öddə ən yüksək
konsentrasiyaya çatır.
Metabolizmi
Ursodezoksixol turşusu absorbsiya olunduqdan sonra əgər qaraciyər sağlamdırsa,
təxminən 70%-i ödlə xaric olunur. Bu qan dövranı sistemində qanın səviyyəsinin
azalmasına səbəb olur. Qaraciyər xəstəliklərinin ağırlıq dərəcəsi artdıqca
ursodezoksixol turşusunun ödlə xaricolma səviyyəsi azalır. Ursodezoksixol turşusu
qaraciyərdə qlisin və ya taurinlə birləşdikdən sonra konyuqantlar şəklində ödlə xaric
olunur. Ursodezoksixol turşusunun bu konyuqatları nazik bağırsaqda passiv və aktiv
mexanizmlər hesabına sorulur. Konyuqatlar həmçinin, qalça bağırsaqda bağırsaq fermentlərinin iştirakı ilə dekonyuqasiya oluna bilər, bu isə əmələ gəlmiş sərbəst
ursodezoksixol turşusunun reabsorbsiyasına və qaraciyərdə təkrar konyuqasiya
olunmasına səbəb olur.
Absorbsiya olunmamış ursodezoksixol turşusu yoğun bağırsağa keçir və
7-dehidroksilləşmə prosesinə məruz qalaraq litoxol turşusuna çevirilir.
UDXT-nın müəyyən miqdarı 7-okso birləşməsi vasitəsilə henodiola (CDCA) keçir.
Henodiol həmçinin litoxol turşusunun formalaşması ilə 7-dehidroksilləşməyə məruz
qalır.
Bu metabolitlər çətinliklə həll olunur və nəcislə xaric olur.
Litoxol turşusunun kiçik bir hissəsi reabsorbsiya olunur, qlisin və ya taurin ilə
qaraciyərdə konyuqasiya edilir və 3-cü vəziyyətdə sulfatlaşdırılır. Litoxol turşusunun
sulfatlaşdırılmış konyuqatları nəcis və öd vasitəsi ilə çıxarılır. Xroniki olaraq litoxol
turşusunun heyvanlara yeridilməsi sulfat konyuqatlar yarada bilməyən heyvanlarda
xolestatik qaraciyər zədələnməsinə səbəb olur və qaraciyər çatışmazlığından ölümə
səbəb ola bilər.
UDXT 7-dehidroksilləşmə prosesinə henodioldan daha ləng məruz qalır. UDXT və
henodiol eyni dozada olanda öd turşularındakı litoxol turşusunun sabit vəziyyət
səviyyələri UDXT qəbulu zamanı henodiol tətbiqindən daha aşağıdır.
İnsanlar və şimpanzelər litoxol turşusunu sulfatlaşdıra bilir. Baxmayaraq ki,
qaraciyərin zədələnməsi ursodiol terapiyası ilə əlaqəli olmamışdır, bəzi insanlarda
sulfatlaşdırma qabiliyyəti zəifləyə bilər.
Bir neçə min xəstənin iştirakı ilə keçirilən klinik tədqiqat göstərir ki, qaraciyərin
çatışmazlıq halları çox nadir hallarda baş verə bilər.
Xaric olunması: Əsəsən bağırsaqlarla, az hissəsi isə (1%-dən az) böyrəklərlə xaric
olur

ELUR həkim nəzarəti altında istifadə olunmalıdır.
İlk 3 ay müalicə müddətində və müalicə bitəndən sonra 6 ay ərzində hər 1 aydan bir,
qaraciyər funksiyaları – AST (SGOT), ALT (SGPT) , γ-GT və bilirubin səviyyəsi
yoxlanılmalıdır.
Ardıcıl monitorinq erkən mərhələdə qaraciyər funksiyasının mümkün pisləşməsini
aşkar etməyə imkan yaradır. Bu parametrlərin zərdab səviyyələri adətən tez bir
zamanda azalır. Zərdab qaraciyər testlərinin (məsələn, AST, ALT) yaxşılaşdırılması
həmişə xəstəliyin vəziyyətinin yaxşılaşdırılması ilə əlaqələndirilmir. Son anamnezdə
müalicəyə biokimyəvi cəhətdən adekvat reaksiya müşahidə olunan xəstələr üçün, qan
zərdabında qaraciyər funksiyasının klinik göstəricilərinin əhəmiyyətli hesab olunan
səviyyəyə qədər artdığı zaman UDXK-nın qəbulunun dayandırılması barədə
düşünmək lazımdır. Ursodezoksixol turşusu qəbul edən xəstələrdə öd axını nəzarət
altında olmalıdır.
Kanserogenez və mutagenez
ELUR preparatının insanlar üçün nəzərdə tutulmuş müalicə müddəti və doza
həddindən daha yüksək dozalar laboratoriyada heyvanlar üzərində tətbiq olunub və
kanserogen, teratogen, mutagen nəticə alınmayıb.
Qaraciyər/öd/mədəaltı vəzi
Varikoz qanaxması, qaraciyər ensefalopatiyası, assit və ya təcili olaraq qaraciyər
transplantasiyasına ehtiyacı olan xəstələr müvafiq spesifik müalicə
almalıdırlar.UDXT qaraciyərdənkənar mənşəli qismən biliar obstruksiyası
vəziyyətində ehtiyatla istifadə olunmalıdır.
Əhalinin xüsusi qrupları
Hamilə qadınlar: hamilə qadınlarda kifayət qədər və ya yaxşı nəzarət edilən
tədqiqatlar aparılmamışdır.
Heyvanlar reproduktiv orqanlar üzərində aparılmış tədqiqatlar həmişə insanlarda
özünü tam doğrultmadığına görə, ELUR preparatının hami

– Öd kisəsinin və ya ödçıxarıcı yolların kəskin iltihabi xəstəlikləri.
– Öd yolları tıxanıqlığı.
– Qaraciyərin sirrozu dekompensasiya mərhələsində.
– Ursodezoksixol turşusuna və ya preparatın tərkibindəki komponentlərdən hər hansı
birinə qarşı yüksək həssaslıq olarsa.

Dərmana mənfi reaksiyaların nəzərdən keçirilməsi
Klinik sınaqlarda müşahidə edilən əlavə təsirlər aşağıdakı cədvəldə ümumiləşdirilib
və təsvir olunub: 180 pasiyentlərində birincili biliar sirrozu zamanı plasebo nəzarətli
bir araştırmada ümumi əlavə təsirlər (>1%) leykopeniya, dəri səpgiləri, ishal, qanda
kreatin və şəkərin səviyyəsinin artması, xora xəstəliyi müşahidə olunub.
60 xəstənin iştirak etdiyi ikinci sınaqda müalicədə ilə bağlı arzuolunmaz hadisələr
daha artıq olmuşdur (>5%).
Daha çox asteniya, dispepsiya, periferik ödem, hipertoniya, ürəkbulanma,
mədə-bağırsaq traktının pozulması, sinə nahiyəsində ağrı və qaşınma baş verib.
İkinci tədqiqatda 4 ciddi arzuolunmaz hadisələr qeyd olunmuşdur: pasiyentlərdən 1-i
şəkərli diabet xəstəsidir, 1-i süd vəzisinin düyünlü xəstəsidir və 2-i süd vəzisinin
fibroz-kistoz xəstəliyi ilə. Bu arzuolunmaz hadisələrindən heç biri dərmanla əlaqəli
olmamışdır.
Tövsiyə olunmuş dozada ELUR preparatı asanlıqla keçirilir və əhəmiyyətli yan
təsirləri vermir.
Klinik tədqiqatlar əlavə dərman reaksiyaları
Klinik tədqiqatlar çox spesifik şərtlər altında aparıldığına görə, klinik sınaqlarda
müşahidə olunan əlavə təsirlər praktikada müşahidə olunan əlavə təsirlərin tezliyini
əks etdirə bilməz və başqa bir preparatının klinik sınaqlarının tezliyinə müqaisə
olunmamalıdır.
Klinik tədqiqatlardan əldə olunan əlavə təsirlər haqqında məlumatlar dərmanla
əlaqəli əlavə təsirlərin müəyyənləşdirilməsi və dərəcələrin yaxınlaşdırılması üçün
faydalıdır.
Aşağıdakı Cədvəl 1-də göstərilən əlavə təsirlər 180 xəstənin (89 ELUR® müalicəsinə,
91-in plasebo müalicəsinə randomizə olunmuş) birincili biliar sirrozunda klinik
sınaqlarda müşahidə olunmuşdur. Arzuolunmaz hadisələr tədqiqatdan keçirən

Böyüklər
Birincili biliar sirroz zamanı ELUR preparatının tövsiyə olunmuş dozası gündə 13-15
mq/kq, qida ilə 2-4 bölünmüş doza qəbul olunur.
Tabletin qəbulu unudularsa, əlavə doza qəbul etməyin. Sadəcə, vaxtı gəldikdə adi
qaydada növbəti dozanı qəbul edin. İkiqat doza qəbul etməyin

10 tablet, blisterdə. 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*