Aptek

Dərmanların satışı

ELİMİNAL GEL

Unikal vəhdət - IV nəsil sorbent, prebiotik və antioksidant

Sektorlar:
Kataloqlar:
Firmalar:
Çatdırılma:Yoxdur
Stokda:Var
Hər stik paketdə yerləşdirilmiş 20 qramlıq gelin tərkibinə daxildir:
Yüksək dispersli kremniy dioksid – 1,6 qr.
Laktuloza – 0,4 qr.
Askorbin turşusu (vitamin C) – 0,01 qr.

ELİMİNAL GEL – tərkibində olan komponentlər bir birinin təsirini tamamlayır və gücləndirir. Yüksək dispersli kremniy dioksid –ıv nəsil enterosorbentdir, yüksək adsorbəedici və detoksikasiyaedici təsirlərə malikdir. Mədə bağırsaq traktında olan ekzogen və endogen mənşəli toksiki maddələri, bakteriyaları, virusları, göbələkləri və allergenləri daha güclü  adsorbə edərək orqanizmdən xaric edir. Yüksək dispersli kremniy dioksid bağırsaqda olan mikroorqanizmlərə selektiv təsir göstərərək yalnız patogen mikrofloranı eliminasiya edir. Həmçinin, patogen mikroorqanizmlərə və göbələklərə qarşı yerli bakteriostatik təsir göstərir. Laktuloza – təbii prebiotik olaraq bifidobakteriyların, laktobakteriyaların və digər lazımlı mikroorqanizmlərin inkişafını və artıb çoxalmasını stimulə edir. Eyni zamanda laktuloza bağırsaqda PH mühiti azaldaraq patogen floranın artmasının qarşısını alır. Fermentativ dəyişikliklər nəticəsində laktulozanın əmələ gətirdiyi qısa zəncirli yağ turşuları bağırsağın selikli qişasının trofikasını və regenerasiyasını yaxşılaşdırır. Laktuloza hiperosmotik işlədici təsir göstərir, bağırsağın peristaltikasını stimulə edir. Fosfatların, kalsium və maqnezium duzlarının sorulmasını yaxşılaşdırır, ammonium ionlarının xaric edir. Askorbin turşusu – güclü antioksidantdır, superoksid radikalını hidrogen peroksidə qədər neytrallaşdırır. Askorbin turşusu qara ciyər hüceyrələrində sitoxrom P450-nin iştirakı ilə gedən detoksikasiya prosesində çox əhəmiyyətli rol oynayır. Həmçinin, oksidləşmə-bərpa proseslərini normallaşdırır.

Göstərişləri:
– Kəskin və xroniki intoksikasiyalar;
– Kəskin bağırsaq infeksiyaları, həmçinin qida toksikoinfeksiyaları, qeyri infeksyon mənşəli diareya sindromu, disbakterioz zamanı (toksiki maddələri xaric etmək, bağırsaq mikroflorasını və MBT-nın işini yaxşılaşdırmaq məqsədilə kompleks müalicədə);
– Yüksək intoksikasiya ilə müşayiət olunan irinli septiki xəstəliklər;
– Zəhərli təsirə malik maddələrlə, dərman preparatları ilə, alkoholla, alkoloidlərlə, ağır metal duzları və s. maddələrlə kəskin zəhərlənmələr zamanı;
– Qida və dərman allergiyası;
– Allerqodermatozlar (allergik dermatitlər, toksikodermiyalar, ekzema, psoriaz, atopik dermatit, neyrodermitlər, məxmərək);
– Problemli dəri: akne, rozasea (rosacea);
– Qara ciyər və böyrək xəstəlikləri: Hiperbilirubinemiya (viruslu hepatit və digər sarılıq vəziyyətləri) və hiperazotemiya (xroniki böyrək çatışmamazlığı) zamanı;
– Ekoloji cəhətdən qənaətbəxş sayılmayan ərazilərin əhalisi və zərərli istehsalatda çalışan işçilərə profilaktik məqsədlə.
– Mədə bağırsaq traktında olan ekzogen və endogen mənşəli toksiki maddələri, bakteriyaları, virusları, göbələkləri və allergenləri daha güclü  adsorbə edərək orqanizmdən xaric edir.
– Selektiv olaraq bağırsaqdan yalnız patogen mikroorqnizmləri eliminasiya edir;
– Terapevtik dozada fermentlərin (pepsin, tripsin, amilaza) aktivliyini azaltmır, vitaminləri və  mineralları adsorbə etmir;
– Bağırsağın sağlam mikroflorasının inkişafını və artıb çoxalmasını stimulə edir;
– Bağırsağın selikli qişasının regenerasiyasını  yaxşılaşdıraraq toksinlərin, patogen mikroorqanizmlərin və allergenlərin bağırsaq divarından qan dövranına keçməsinin qarşısını alır;
– Mədə bağırsaq traktının peristaltikasını stimulə edir;
– Qara ciyər hüceyrələrində sitoxrom P450-nin iştirakı ilə gedən detoksikasiya prosesini yaxşılaşdırır.
Əks göstərişləri: Preparatın komponentlərindən hər hansı birinə qarşı fərdi  həssaslıq. Mədə və 12 barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi, mədə və ya bağırsaq qanaxmaları, bağırsağın selikli qişasının eroziyası və xorası, bağırsaq keçməməzliyi zamanı, 6 yaşadək uşaqlara və fenilketonuriya xəstələrinə preparatın təyinatı əks göstərişdir. Hamilə və süd verən qadınlara preparatın təyinatı məsləhət deyildir.
Dozalanması və istifadə qaydası:
Qida və ya digər dərman vasitələrinin qəbulundan 1-2 saat əvvəl və ya 1-2 saat sonra, 1 stəkan su ilə daxilə qəbul olunur.
6-14 yaşlı uşaqlara: 1 stik paketdən  gündə 2 dəfə.
14 yaşdan yuxarı uşaqlara və böyüklərə: 1 stik paketdən  gündə 3 dəfə.
Müalicə kursu 10‐15 gün davam edir, əgər ehtiyac olarsa, müalicə kursunu təkrar etmək olar.
Qəbulundən öncə paketin içərisindəki geli, paketi əlinizdə yüngülcə sıxmaqla həmcins maddə halına gətirmək lazımdır. Daha sonra xörək qaşığına tökərək və ya birbaşa qəbul edilir.
Preparatı 1 stakan su ilə qəbul etmək tövsiyyə olunur.
Buraxılış forması: İçərisində 20 qramlıq gel yerləşdirilmiş stik paketlər №10
Saxlanılma qaydaları : Öz qutusunda, quru yerdə və 25°C‐dən və havanın nisbi rütubəti 75 %‐dən çox olmayan şəraitdə, uşaqların əli çatmayan yerdə saxlanmalı.
İstehsalçi: «ORISIL-PHARM» Ukrayna.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*