Aptek
Dərmanların satışı
Albenda 200mg
Albenda 200mg, 2 həbdən ibarət 1 blister
Hər həbin tərkibində – 200mg albendazol vardır.
Albendazol benzimidazol sinfinə aid olan geniş spektrli antihelmint preparatdır. Preparat helmintin mikrotubulyar sisteminin quruluşunu pozur, beta tubulin zülalının sintezini ingibə edir, biokimyəvi proseslerin gedişini dəyişir – qlukozanın utilizasiyasını dəf edir, həlqəvi və yastı qurdların sekretor qranulalarının və əzələ hüceyrələrində yerləşən digər hərəki orqanellaların aktivliyini dayandırır, məhvinə səbəb olur. Preperatın fərqli xüsusiyyəti, sistot və nematotdların sürfə formalarına qarşı yüksək effektivliyə malik olmasıdır. Tam yetkin olmayan parazitlərə və 4-cü mərhələdə olan sürfələrə həssasdır və exinokokk kistalarına təsir göstərir.
Daxilə qəbul edildikdən sonra yaxşı absorbsiya olunur və metabalizmə uğrayaraq eyni zamanda antihelmint aktivliyə malik olan birincili metabolit–albindazol sulfoksid əmələ gəlir. Preparatın biomənimsənilməsi eyni vaxta yağlı qida qəbul etdikdə güclənir. Albendazol plazma zülalları ilə birləşir və orqanizmə paylanır (likvorda, öddə, qaraciyərdə, sidikdə, exinokokk kistasının daxilində aşkar edilir). Albendazol exinokokk kistasının qişasını keçmək xüsusiyyətinə malikdir və orada plazma konsentrasiyasının 1\6 hissəsi toplanır. Albendazolun yarımatılma dövru
8-12 saatdır. Sidiklə metabolitlər şəklində xaric edilir.
Preparatı quru, 15-250C temperatur şəraitində işıqdan qorunmaqla saxlamalı.
enterobioz
askaridoz
lyamblioz
ankilostomidoz
strongiloidoz
exinokokkoz
difillobotrioz
fassiolopsidoz
trixineyloz
klonorxoz
şistomoz
nekatoroz
himenolipidoz
teniarinxoz
trixosefalyoz
sisteserkoz
tenioz
opistorxoz
Preparatın komponentinə qarşı yüksək həssaslıq, gözün torlu qişasının xəstəlikləri, hamiləlik.
Nadir hallarda qarın nahiyyəsində ağrı, ürəkbulanma, qusma, allergik reaksiyalar.
Albenda 2 yaşa qədər uşaqlar üçün:
Enterobioz, askaridoz, ankilostomidoz, trixineyloz – 2 yaşa qədər uşaqlara 1 həb 200 mq bir dəfə təyin olunur. Albenda 3 həftədən sonra təkrar təyin olunur.
Strongiloidoz – 2 yaşa qədər uşaqlara 1 həb 200 mq gündə 1 dəfə , 3 gün təyin olunur. Albenda 3 həftədən sonra təkrar təyin olunur.
Albenda 2 yaşdan yuxarı və böyüklər üçün:
Enterobioz, askaridoz, ankilostomidoz, trixineyloz – 2 yaşdan yuxarı və böyüklərə 2 həb (400mq) gündə 1 dəfə, müalicə müddəti 3-5 gün təşkil edir.
Strongiloidoz, tenioz, himenolipidoz -2 yaşdan yuxarı və böyüklərə 2 həb (400mq) gündə 1 dəfə, müalicə müddəti 3 gün təşkil edir. Müalicə kursu 3 həftədən sonra təkrar olunur.
Opistorxoz, klonorxoz -2 yaşdan yuxarı və böyüklərə 2 həb (400mq) gündə 2 dəfə, müalicə müddəti 3 gün təşkil edir.
Lyamblioz -2 yaşdan yuxarı və böyüklərə 2 həb (400mq) gündə 1 dəfə, müalicə müddəti 5 gün təşkil edir.
Exinokokkoz və sisteserkoz zamanı çəkisi 60 kq dan çox olan pasientlərə Albenda 1 həb (200mq) gündə 2 dəfə 28 gün təyin olunur. Çəkisi 60 kq dan az olan pasientlərə gündəlik doza 15 mq/kq hesabı ilə təyin olunur. Exinokokkozda müalicə 3 kursdur: hər dövr 28 gündür, sonra 14 gün fasilə verməklə 3 kurs aparılır.
Sisteserkozun müalicə müddəti 8-30 gündür.
Albenda 200mg, 2 həbdən ibarət 1 blister.