Aptek
Dərmanların satışı
Tabaz
Azitromisin azalid qrupuna aid olan makrolid antibiotikdir. Azitromisin molekulunda er- itromisin A-nın lakton halqasına azot atomu əlavə edilmişdir. Azitromisinin kimyəvi adı: 9-deoksi-9a-aza-9a-metil-9a-homoeritromisin A. Molekulyar çəkisi: 749.0. Təsir mex- anizmi: Azitromisin ribosom 50S subvahidi ilə birləşməklə və peptid translokasiyasını inhibə etməklə, bakterial hüceyrələrdə zülalların sintezini pozur.
5 ml suspenziyanın tərkibində 209,64 mq azitromisin dihidrat
(200 mq azitromisinə ekvivalent) vardır.
Köməkçi maddələr: saxaroza, susuz üç əsaslı natrium fosfat, ksantan saqqızı,
hidroksipropilsellüloza, susuz kolloidal silisium, banan tozu dadı,
çiyələk tozu dadı.
Ümumi xüsusiyyətləri
Sistemli istifadə üçün antibakterial preparatlar.
Təsir mexanizmi
Azitromisin azalid qrupuna aid olan makrolid antibiotikdir. Azitromisin molekulunda er- itromisin A-nın lakton halqasına azot atomu əlavə edilmişdir. Azitromisinin kimyəvi adı:
9-deoksi-9a-aza-9a-metil-9a-homoeritromisin A. Molekulyar çəkisi: 749.0. Təsir mex- anizmi: Azitromisin ribosom 50S subvahidi ilə birləşməklə və peptid translokasiyasını
inhibə etməklə, bakterial hüceyrələrdə zülalların sintezini pozur. Rezistentlik mexanizmi
Azitromisinə qarşı rezistentlik anadangəlmə və ya qazanılmış ola bilər. Bakteriyaların
rezistentliyinin üç əsas mexanizmi vardır: hədəf sahəsinin dəyişməsi, antibiotik
daşınmasının dəyişməsi və antibiotikin modifikasiyası.
Azitromisin eritromisinə davamlı qrammüsbət izolatlar ilə çarpaz rezistentlik nümayiş
etdirir. Makrolidlərə qarşı həssaslığın zamanla azalması, xüsusilə, Streptococcus
pneumoniae və Staphylococcus aureus bakteriyalarında qeydə alınmışdır. Streptococ- cus viridans və Streptococcus agalactiae (B qrupu) streptokokları arasında da digər
makrolidlərə və linkozamidlərə qarşı həssaslığın azalması müşahidə olunmuzşdir.
Daxilə qəbul etdikdən sonra bioyararlığı təxminən 37% təşkil edir. Plazmada pik
konsentrasiyası preparatın qəbulundan 2-3 saat sonra əldə edilir.
Paylanması
Azitromisin daxilə qəbul zamanı geniş şəkildə bütün orqanizmdə paylanır.
Farmakokinetik tədqiqatlarda azitromisinin toxumalarda topladığı konsentrasiyaların
plazmada olan konsentrasiyasından nəzərəçarpacaq dərəcədə yüksək (50 dəfəyə
qədər) olduğu göstərilmişdir
Zərdab zülalları ilə birləşməsi plazma konsentrasiyasından asılıdır və 12%-dən
(azitromisinin qan zərdabında olan konsentrasiyası 0,5 mkq/ml olduqda) 52%-ə qədər
(azitromisinin qan zərdabında olan konsentrasiyası 0,05 mkq/ml olduqda) dəyişir. Orta
paylanma həcmi sabit halda (VVss) 31,1 l/kq səviyyəsində qiymətləndirilir.
Eliminasiyası
Plazmadan son yarımçıxarılma dövrü toxumalardan yarımçıxarılma dövrünə (2-4 gün)
tam uyğun gəlir.
Dəyişməmiş azitromisin insan ödündə çox yüksək konsentrasiya toplayır. Öddə
həmçinin, N- və O- demetilləşmə, dezozamin və aqlikon halqalarının hidroksilləşməsi
və kladinoz konyuqatının parçalanması yolu ilə əmələ gələn on metabolit aşkar
edilmişdir. Maye xromatoqrafiya və mikrobioloji analizin nəticələrinin müqayisəsi
azitromisin metabolitlərinin mikrobioloji cəhətdən aktiv olmadığını göstərmişdir.
Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı faqositlərdə azitromisinin yüksək
konsentrasiyaları aşkar edilmişdir. O cümlədən müəyyən edilmişdir ki, aktiv faqositoz
zamanı azitromisinin daha yüksək konsentrasiyası qeyri-aktiv faqositlərdən azad olur.
Heyvan modellərində bu, azitromisinin infeksiya ocağına yüksək konsentrasiyalarda
çatdırılması ilə nəticələnir.
Azitromisinə, eritromisinə, digər makrolid və ketolid antibiotiklərinə, həmçinin,
preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək
həssaslıq.
Azitromisin ümumiyyətlə yaxşı qəbul edilir və əlavə təsirləri azdır. Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimidir: çox tez-tez (≥1/10), tez-tez
(≥1/100 – <1/10), bəzən (≥1/1,000 – <1/100), nadir (≥1/10,000 – <1/1,000), çox nadir (<1/10,000), tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək
mümkün deyil).
İnfeksiyalar və invaziyalar
Bəzən (≥1/1,000 – <1/100): Kandidoz, ağız boşluğunun kandidozu, uşaqlıq yolunun
infeksiyası.
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
Psevdomembranoz kolit.
Qan və limfa sisteminin pozğunluqları
Bəzən (≥1/1,000 – <1/100): Leykopeniya, neytropeniya.
Nadir hallarda (≥1/10,000 – <1/1,000): Trombositopeniya, hemolitik anemiya.
İmmun sistemin pozğunluqları
Bəzən (≥1/1,000 – <1/100): Angionevrotik ödem, hiperhəssaslıq.
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
Anafilaktik reaksiya.
Metabolizm və qidalanma pozğunluqları
Tez-tez (≥1/100 – <1/10): Anoreksiya.
Psixi pozğunluqlar
Bəzən (≥1/1,000 – <1/100): Əsəbilik.
Nadir hallarda (≥1/10,000 – <1/1,000): Təşviş, aqressiya, həyacan.
Sinir sistemində olan pozğunluqlar
Tez-tez (≥1/100 – <1/10): Başgicəllənmə, baş ağrısı, paresteziyalar, disgevziya.
Bəzən (≥1/1,000 – <1/100): Hipoesteziya, yuxululuq, yuxusuzluq.
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
Bayılmalar, qıcolmalar, psixomotor hiperaktivlik, anosmiya, agevziya, parosmiya, mi- asteniya qravis.
Göz xəstəlikləri
Tez-tez (≥1/100 – <1/10): Görmə qabiliyyətinin pozulması.
Eşitmə və labirint pozğunluqları
Tez-tez (≥1/100 – <1/10): Karlıq.
Bəzən(≥1/1,000 – <1/100): Eşitmə qabiliyyətinin pozulması, qulaqlarda küy.
Nadir hallarda (≥1/10,000 – <1/1,000): Vertiqo. Ürək tərəfindən pozğunluqlar
Bəzən(≥1/1,000 – <1/100): Ürəkdöyünmə.
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
Piruet tipli taxikardiya (torsades de pointes), aritmiya, mədəcik taxikardiyası daxil ol- maqla.
Damar pozğunluqları
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
Hipotenziya.
Mədə-bağırsaq pozğunluqları
Çox tez-tez (≥1/10): İshal, qarın ağrısı, ürəkbulanma, meteorizm.
Tez-tez (≥1/100 – <1/10): Qusma, dispepsiya.
Bəzən (≥1/1,000 – <1/100): Qastrit, qəbizlik.
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
Pankreatit, dilin rənginin dəyişməsi.
Hepatobiliar pozğunluqlar
Bəzən (≥1/1,000 – <1/100): Hepatitlər.
Nadir hallarda (≥1/10,000 – <1/1,000): Qaraciyər disfunksiyası.
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
Nadir hallarda ölümlə nəticələnən qaraciyər çatışmazlığı, fulminant hepatit, qaraciyər
nekrozu, xolestatik sarılıq.
Dəri və dərialtı toxumanın xəstəlikləri
Tez-tez (≥1/100 – <1/10): Qaşınma və səpgi.
Bəzən (≥1/1,000 – <1/100): Stivens-Conson sindromu, fotosensibilizasiya reaksiyası,
övrə.
Nadir hallarda (≥1/10,000 – <1/1,000): Kəskin generalizə olunmuş ekzantematöz
püstüloz (AGEP), eozinofiliya və sistem simptomları ilə dərman reaksiyası (DRESS).
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
TEN, çox formalı eritema.
Dayaq hərəki aparatın və birləşdirici toxumanın pozğunluqları
Tez-tez (≥1/100 – <1/10): Oynaqlarda ağrı.
Böyrək və sidikçıxarıcı yolların xəstəlikləri
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
Kəskin böyrək çatışmazlığı, interstisial nefrit.
Ümumi pozğunluqlar
Tez-tez (≥1/100 – <1/10): Yorğunluq.
Bəzən (≥1/1,000 – <1/100): Döş nahiyəsində ağrı, ödem, ümumi diskomfort, asteniya.
Müayinələr
Tez-tez (≥1/100 – <1/10): Qanda limfositlərin və bikarbonatların saylarının azalması,
eozinofillərin sayının artması.
Bəzən (≥1/1,000 – <1/100): Aspartat aminotransferaza (AST) və alanin aminotrans- feraza (ALT) fermentlərinin aktivliyinin artması, qanda bilirubinin, sidik cövhərinin və
kreatininin səviyyələrinin yüksəlməsi, qanda anormal kaliumun olması.
Tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil):
Elektrokardioqrammada QT intervalının uzanması.
Azitromisin suspenziya yalnız daxilə qəbul üçün nəzərdə tutulub.
Dəqiq doza suspenziyanı hazırladıqdan sonra komplektə daxil olan peroral doza- lanma üçün şpris vasitəsilə ölçülməlidir. Tabaz preparatının tətbiqi qida qəbulundan
asılı deyil.
Suspenziyanın hazırlanması üçün təlimatlar
1. Flakon suda həll olunan quru tozdan ibarətdir.
2. Flakonu açmaq üçün qapağı saat əqrəbinin əksinə çevirin.
3. Qablaşdırmada olan peroral dozalanma üçün şpris vasitəsilə lazımi miqdarda su
ölçə bilərsiniz. 30 ml-lik qablaşmada olan suspenziyanın hazırlanması üçün 15 ml
soyuq su əlavə edin.
4. Homogen suspenziya alınana qədər yaxşıca silkələyin.
5. Hazırlanmış suspenziyanı 25°C-dən aşağı temperaturda saxlayın və doza tam
bitdikdən sonra atın.
6. Hər istifadədən əvvəl suspenziyanı silkələyin
Suspenziya hazırlamaq üçün toz həcmi 30 ml olan polietilen vintvari qapaqlı tünd şüşə
flakonda. 1 flakon, peroral dozalanma üçün şpris və içlik vərəqə ilə birlikdə karton
qutuya qablaşdırılır