Aptek
Dərmanların satışı
Parisol Nephro 5,4%
Qanda azotun səviyyəsini azaldır, sidik cövhərinin ekskresiyasını asanlaşdırır, amin turşularının səviyyəsini normallaşdırır, böyrək çatışmazlığı olan pasiyentlərdə nevroloji statusu yaxşılaşdırır.
250 ml (1 flakon) məhlulun tərkibində vardır: L–fenilalanin 0,75 q., L–izoleysin 1,75 q., L–histidin 1,2 q., L–leysin 1,75 q., L–lizin hidroxlorid
(1.6 q lizinə ekvivalentdir) 2 q., L–metionin 1,7 q., L–treonin 2,2 q., L–triptofan 0,5 q., L–valin 2,25 q. Amin turşularının ümumi miqdarı 54,2 q/l
Xroniki boyrək çatışmazlığı, Hemodializ mualicəsi alan pasiyentlər, Böyrək əməliyyatlarından sonrakı bərpa dövrü, Böyrək mənşəli ensefalopatiya və ya koma, Nefrotik sindrom, Diabetik nefropatiya , Kəskin və xroniki böyrək xəstəlikləri, Yanıqlar.
Tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq, aminturşu mübadiləsinin irsi pozğunluğu
Bəzən allergik reaksiyalar, ürəkbulanma, qusma, başağrısı, abdominal ağrılar, damar boyu ağrılar, vazodilatasiya, müşahidə oluna bilər (xüsusilə, məhlul vena daxilinə sürətlə yeridilərsə). Bu şikayətlər olarsa, preparatla müalicə dayandırılmalıdır və mövcüd simptomların aradan qaldırılmasına doğru yönəldilmiş müalicə aparılmalıdır. İnyeksiya yerində flebit və tromboflebit əmələ gələrsə digər inyeksiya yeri seçilməlidir. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Qeydə alınmamışdır.
Doza pasiyentin kliniki vəziyyətinə və orqanizmin amin turşularına, elektrolitlərə və mayeyə olan ehtiyacına görə seçilməlidir. Vena daxilinə damcı yolu ilə, 15 – 20 damcı/dəq. sürətilə yeridilir. Gündəlik doza 250-500 ml (1-2 flakon) təşkil edir. İstifadə müddəti həkim tərəfindən təyin edilir. Ancaq şəffaf məhlul istifadə olunmalıdır. Hər flakon yalnız bir dəfə istifadəyə yararlıdır, artıq qalan hissə atılmalıdır. Doza həddinin aşılması: Ədəbiyyatda bu haqda məlumat yoxdur.
Buraxılış forması: PARESOL NEPHRO 5.4% – 250 ml məhlul, flakonda №1. Flakon içlik vərəqə ilə karton qutuya qablaşdırılır. Saxlanma şəraiti: Məhlul işığa qarşı həssasdır, bu səbəbdən istifadədən əvvəl işığın uzunmüddətli təsirindən qorunmalıdır