Aptek

Dərmanların satışı

Parijon

Н+-К+-АTF-azanın inhibitoru. Mədə-bağırsaq nahiyəsində diskomfort hissiyatı (ağrı, qıcqırma, ürəkbulanma, qusma və s.) Qastrit, mədə- bağırsaq traktının xora xəstəliklərinin əmələ gəlməsi və ya ağırlaşması

Kataloqlar:
Firmalar:
Çatdırılma:Yoxdur
Stokda:Var

1 tabletin tərkibində 20 mq rabeprazol natrium vardır.

 

Xora əleyhinə preparatdır. Н++-АTF-azanın (proton nasosunun) inhibitorudur. Təsir mexanizmi. Rabeprazol natrium antisekretor birləşmə lər sinfinə aiddir, hans ılar ki, kimyəvi cəhətdən əvəz olunmuş benzimidazollardır. Preparat Н++-АTF-aza fermentinin aktivliyini inhibə edir, bununla da xlorid turşusu sintezinin yekun mərhələsini blok edir. Bu təsir dozadan asılı xarakter daşıyır və həm bazal, həm də qıcıqlandırıcıdan asılı olmadan turşuluğun stimulə olunmuş sekresiyas ını inhibə edir. Rabeprazol zəif əsas kimi istənilən dozada tez absorbsiya olunur və parietal hüceyrələrin turş mühitində toplanır. Antisekretor aktivliyi. 20mq-lıq dozada rabeprazolun daxilə qəbulundan sonra 1 saat müddətində antisekretor aktivlik baş verir və 2-4 saatdan sonra maksimuma çatır. Rabeprazol natriumun birinci dozasının qəbulundan 23 saat sonra turşuluğun bazal və qida ilə stimulə olunmuş sekresiyasının inhibə olunması müvafiq olaraq 62 və 82% təşkil etmiş, bu təsirin müddəti isə 48 saata çatmışdır. Rabeprazol natriumun turşunun sekresiyasına inhibitor təsiri 1 tabletdən gündəlik qəbulu zamanı sürətlənir, sekresiyanın stabil inhibə olunması preparatın qəbulundan 3 gün sonra müşahidə olunur. Rabeprazolun qəbulu bitdikdən sonra sekretor aktivlik 2-3 gündən sonra bərpa olunur. Rabeprazol Helicobacter pylori-yə bakterisid təsir göstərir. Helicobacter pylori-nin Parijon tabletləri və antimikrob preparatları ilə eradikasiyası zədələnmiş selikli qişanın yüksək dərəcədə sağalmasına gətirib çıxarır.

Sorulması: Rabeprazol bağırsaqdan tez absorbsiya olunur. Rabeprazolun 20mq dozada qəbulundan sonra plazmada Cmax təqribən 3.5 saatdan sonra olur. 20mq-ın daxilə qəbulundan sonra tam biomənimsənilmə (v/d yeridilmə ilə müqayisədə) 52%-ə yaxın təşkil edir, bu da əsasən qaraciyərdən “birinici keçid” zamanı metabolizmə uğraması ilə əlaqədardır. Biomənimsənilmə rabeprazolun çoxdəfə li qəbulu zaman ı dəyişilmir. Qida qəbulu və preparatın sutka ərzində qəbul vaxtı rabeprazolun absorbsiyasına təsir göstərmir. Paylanması: İnsanda rabeprazolun zülallarla birləşməsi 97%-ə yaxın təşkil edir. Metabolizmi:

İnsan plazmasında mövcud olan əsas metabolitlər tioefir (М1) və karbon turşusudur (М6), aşağı konsentrasiyada mövcud olan ikinci dərəcə li metabolitlər isə sulfon (М2), demetiltioefir (М4) və merkaptur turşusunun konyuqatı (М5) ilə təmsil olunur. Xaric olunması: 90%-ə qədəri iki: М5 və М6 metabolitləri şəklində sidiklə xarıc olunur. 10%-ə qədəri isə nəcislə xaric olunur.

Kəskinləşmə fazasında onikibarmaq bağırsağın xora xəstəliyi; Kəskinləşmə fazasında mədənin xora xəstəliyi; Qastroezofaqeal reflüks xəstəliyi (QERX), eroziv reflüks ezofaqit; Zollinger-Ellison sindromu və ya patoloji sekresiya ilə xarakterizə olunan digər vəziyyətlər.  Antibakterial vasitələrlə kombinasiyada: Mədənin xora xəstəliyi və ya xroniki qastriti olan xəstələrdə Helicobacter pylori-nin eradikasiyası üçün; Helicobacter pylori ilə əlaqəli xora xəstəliyi olan xəstələrin müalicəsi və residivlərin qarşısının alınması üçün.

Hamiləlik, laktasiya dövrü (döşlə əmizdirmə), preparatın komponentlərinə qarşı yüksək həssaslıq; əvəz olunmuş benzimidazollara qarşı yüksək həssaslıq.

Həzm sisteminə: ishal, qarında ağrı, meteorizm, ağızda quruluq, ürəkbulanma, qusma, qəbizlik; nadir hallarda anoreksiya; bəzi hallarda – qaraciyər transaminazalarının aktivliyini yüksəlməsi. MSS-nə: baş ağrısı, asteniya, yuxusuzluq, yuxululuq, başgicəllənmə. Qanyaranma sisteminə: nadir hallarda  trombositopeniya, neytropeniya, leykopeniya, leykositoz. Dermatoloji reaksiyalar: dəri səpgisi. Allergik reaksiyalar: nadir hallarda – üzün ödemi, təngənəfəslik, eritema, bullyoz səpgilər (reaksiyalar preparatın qəbulu dayandırıldıqdan sonra aradan qalxır).

Kəskinləşmə fazasında olan onikibarmaq bağırsaq və mədə xorası xəstəliyi zamanı 4-6 həftə müddətində gündə 1 dəfə səhərlər 1 tablet (20mq) qəbul etmək məsləhətdir.

Onikibarmaq bağırsaq xorası olan xəstələrin əksəriyyətində sağalma 4 həftə müddətində baş verir, lakin bəzi

xəstələrə isə xoraların sağalması üçün Parijon tabletləri ilə əlavə 4 həftəlik müalicə kursu tələb oluna bilər.

Mədə xorası  olan xəstələrin əksəriyyətində sağalma 6 həftə müddətində baş verir, bəzi xəstələrə isə

xoraların sağalması üçün Parijon tabletləri ilə əlavə 6 həftəlik müalicə kursu tələb oluna bilər.

QERX-in müalicəsi zamanı 4-8 həftə müddətində gündə 1 dəfə 1 tablet (20mq) qəbul etmək məsləhətdir. Zollinger-Ellison sindromu və pataloji hipersekresiya ilə xarakterizə olunan digər vəziyyətlərin müalicəsi zamanı doza fə rdi olaraq seçilir. Başlanğıc doza 60mq/gün təşkil edir, sonra isə doza artırılır və preparat birdəfəlik qəbul zaman ı gündə 100mq-a qədər və ya gündə 2 dəfə olmaqla 60mq dozada təyin olunur. Müalicə kliniki ehtiyac baxımından davam etdirilməlidir. Zollinger-Ellison sindromu olan bəzi xəstələrdə rabeprazolla müalicə 1 ilə qədər təşkil edə bilər.

 

Helicobacter pylori ilə əlaqəli yoluxma olan onikibarmaq bağırsağın xora xəstəliyi və ya xroniki qastritin müalicəsi zamanı antibiotiklərin müvafiq kombinasiyalarının tətbiq edilməsi ilə bir neçə eradikasiya variantından istifadə olunur. Preparatların aşağıdakı kombinasiyalarından biri ilə 7 günlük müalicə kursu məsləhət görülür:

 

Parijon tabletləri gündə 2 dəfə 20mq + klaritromisin gündə 2 dəfə 500mq və amoksisillin gündə 2 dəfə 1q.

Parijon tabletləri gündə 2 dəfə 20mq + klaritromisin günd ə 2 dəfə 500mq və metronidazol gündə 2 dəfə 400mq. Eradikasiyanın 90%-dən yuxarı olan ən yaxşı nəticələri Parijon tabletlərinin klaritromisin və amoksisillinlə kombinasiyası zamanı əldə olunur.

 

Parijon tabletlərinin gündə 1 dəfə qəbulu tələb olunan zaman preparatı səhər, yeməkdən əvvəl qəbul etmək lazımdır. Müəyyən olunub ki, nə günün vaxtı, nə də qida qəbulu preparatın aktivliyinə təsir göstərmir. Lakin Parijon tabletlərinin məsləhət olunan vaxtda qəbulu xəstələr tərəfindən müalicə sxeminə daha yaxşı riayət olunmasına səbəb olur. Tabletləri çeynəmədən və xırdalamadan bütöv qəbul etmək lazımdır.

 

Bağırsaqda həll olan tabletlər №56, 4 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*