Aptek
Dərmanların satışı
Paresol EPA
4 əvəzolunan, 8 əvəzolunmayan, 2 qismən əvəzolunan amin turşusu .Alimentar zülal çatışmazlığını aradan qaldırır, azot balansını təmin edir, hüceyrələrin və toxumaların enerji təminatını yaxşılaşdırır, metabolizm proseslərini sürətləndirir, qaraciyərin detoksikasiya funksiyasını aktivləşdirir.
Tərkibi: 500 ml (1 flakon) məhlulun tərkibində vardır: L–alanin 3,75 q., L–arqinin 3 q., L–fenilalanin 0,5 q., L–qlisin 4,5 q., L–izoleysin 4,5 q.,
L–histidin 1,2 q., L–leysin 5,5 q., L–lizin hidroxlorid 3,8 q., L–metionin 0,5 q., L–prolin 4 q., Serin 2,5 q., L–treonin 2,25 q., L–triptofan 0,38 q.,
L–valin 4,2 q. Amin turşuların ümumi miqdarı 79,6 q/l.
Komatoz və prekomatoz vəziyyətlər, I-II dərəcəli qaraciyər çatışmazlığı, qaraciyər sirrozu,
qaraciyər ensefalopatiyası, infeksyon və toksiki hepotit, Əməliyyat və qanaxmalar zamanı
protein çatışmazlığı, MBT-nin rezeksiyası, anastomozlar, MBT-xəstəliklərinin ağırlaşmaları, Malabsorbsiya sindromu, Kimyəvi və şüa terapiyası, Sepsis. Yanıqlar, Yoluxucu xəstəliklər, Kaxeksiya.
Tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək
həssaslıq, aminturşu mübadiləsinin irsi pozğunluğu, kəskin böyrək çatışmazlığı
Bəzən allergik reaksiyalar, ürəkbulanma, qusma, baş ağrısı, abdominal ağrılar, damar boyu ağrılar, vazodilatasiya,müşahidə oluna bilər (xüsusilə, məhlul vena daxilinə sürətlə yeridilərsə). Bu şikayətlər olarsa, preparatla müalicə dayandırılmalıdır və mövcüd simptomların aradan qaldırılmasına doğru yönəldilmiş müalicə aparılmalıdır. İnyeksiya yerində flebit və tromboflebit əmələ gələrsə, digər
inyeksiya yeri seçilməlidir.
Vena daxilinə tədricən yeridilməlidir. Ancaq şəffaf məhlul istifadə olunmalıdır. Hər flakon yalnız bir dəfə istifadəyə yararlıdır, istifadə zamanı artıq qalan hissə atılmalıdır.PARESOL EPA 8% vena daxilinə damcı yolu ilə, 20 – 30 damcı/dəq. sürətilə yeridilir. Gündəlik doza 500-1000 ml (1-2 flakon) təşkil edir. İstifadə müddəti həkim tərəfindən təyin edilir.
PARESOL EPA 8% – 500 ml məhlul, flakonda №1. Flakon içlik vərəqə ilə birlikdə karton
qutuya qablaşdırılır. Saxlanma şəraiti: Məhlul işığa qarşı həssasdır, bu səbəbdən istifadədən əvvəl işığın uzunmüddətli təsirindən qorunmalıdır.