Aptek

Dərmanların satışı

Norcetam

Pirasetam 200 mq/1 ml

5 AZN
5 AZN
Sektorlar:
Kataloqlar:
Firmalar:
Çatdırılma:Ödənişli çatdırılma / 10 AZN
Stokda:Var

Pirasetam 200 mq/1 ml

Pirasetam birbaşa baş beyinə təsir göstərərək koqnitiv funksiyaları, o cümlədən, öyrənmək qabiliyyətini, yaddaşı, diqqəti, əqli iş qabiliyyətini artırır, eyni zamanda sedativ və ya psixostimullaşdırıcı effekti yoxdur.
Mərkəzi sinir sisteminə müxtəlif yollarla təsir göstərir: baş beyində impulsun yayılma sürətini dəyişir, sinir hüceyrələrində metabolik prosesləri yaxşılaşdırır, qanın reoloji xüsusiyyətlərinə təsir göstərərək və damargenəldici təsirə malik olmadan mikrosirkulyasiyanı yaxşılaşdırır. Baş beyin yarımkürələri arsında əlaqəni və neokortikal strukturlarda sinaptik keçiriciliyi yaxşılaşdırır, əqli iş qabiliyyətini artırır, beyin qan dövranını gücləndirir. Pirasetam trombositlərin aqreqasiyasını inhibə edir, eritrositlərin membanının elastikliyini bərpa edir, eritrositlərin adgeziyasını azaldır.
Pirasetam baş beynin hipoksiya, intoksikasiya və ya travma nəticəsində pozulmuş funksiyasını bərpa edir.
Pirasetam vestibulyar nistaqmın gücünü və davamiyyətini azaldır.

Yaddaş, diqqət, nitq pozulması və başgicəllənmə ilə müşayət olunan beyin qan   dövranı pozulması;
Baş beyin travmasından və intoksikasiyalardan sonra komatoz və subkomatoz vəziyyətlər;
Kəskin virus neyroinfeksiyaları zamanı beynin hipoksiya və işemiya əlamətlərinin azaltmaq məqsədi ilə;
Doğuş travması, MSS-nin doğuş zamanı hipoksik zədələnməsi; ensefalopatiyalar.

1 yaşa qədər –0.5 ml gündə 3 dəfə
1-5 yaş – 1 ml gündə 3 dəfə
5-16 yaş – 2 ml gündə 3 dəfə
Pirasetamla müalicə kursu 2-3 həftədən 2-6 aya qədər davam edə bilər.
Ehtiyac olarsa, 6-8 həftədən sonra kurs təkrar oluna bilər.

Norcetam sirop120 ml

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*