Aptek

Dərmanların satışı

NEW HARMONY

Kapsul № 60

Sektorlar:
Kataloqlar:
Firmalar:
Çatdırılma:Yoxdur
Stokda:Var

Dazıotu (Hypericum perforatum)        7  mq

Qriffoniya (Griffonia simplicifolia)     160 mq

Maqnoliya (Magnolia officinalis)       300 mq

Melissa (Melissa Officinalis)             220 mq

Yulaf (Avena sativa)                         220 mq

Cökə (Tilia platyphyllos)                   153 mq

В6 vitamini                                           2  mq

Mg                                                    150 mq

NEW HARMONY – bitki mənşəli kombinəolunmuş preparatdır, əhval-ruhiyyəni qaldırır, qorxu və gərginliyi azaldır, narahatçılıq hissini aradan götürür, yuxunu və mənəvi vəziyyəti yaxşılaşdırır.

Dazıotu tərkibində efir yağları, izovalerian turşusunun efiri, hiperedin, rutin, kversitin, flavonoidlər, tanin, pektin, xolin, mannitol, saponinlər var. Sedativ, antidepressiv, hepatoprotektor təsirə malikdir. Qorxu və narahatçılığı aradan qaldırır. İzovalerian turşusu sedativ təsir göstərir, xolin sinir sistemə müsbət təsir edir. Hiperisin sakitləşdirir, depressiv vəziyyətlərə, əsasən klimaksla bağlı vəziyyətlərə təsir göstərir. Beləliklə dazıotu təbii antidepressant hesab olunur.

Qriffoniya 5-hidroksitriptofanın mənbəyidir. 5-hidroksitriptofandan serotonin əmələ gəlir. Serotonin “həzz hormonu” adlanır və əhval-ruhiyyəni qaldırır. Beləliklə 5-hidroksitriptofanın antidepressiv təsiri serotoninin sintezinin sürətlənməsi ilə və bu mediatorun baş beyində defisitinin aradan qaldırılması ilə izah olunur.  5-hidroksitriptofan effektliyinə görə digər sintetik antidepressantlardan geridə qalmır.

Maqnoliya tərkibində iki komponent – maqnolol və qonokiol – kortizolun miqdarını azaldır, eydesmol isə – antioksidant təsirə malikdir. Qonokiol antistress effekt göstərir, yuxululuq vermir. Hipertoniya zamanı uzunmüddətli və stabil qan təzyiqini azaldır, periferik qan damarlarını genişləndirir, ürək döyüntülərini və ürək nahiyyəsində ağrıları azaldır, diuretik effektə malikdir.

Melissanın tərkibində C vitamini, lumu qoxulu efir yağları var. Melissa ürək döyüntülərinin sayını azaldır, təngnəfəsliyi aradan qaldırır, sinir sistemini möhkəmləndirir və sakitləşdirir. Melissa iştahanı artırır, həzm üzvlərin fəaliyyətini stimullaşdırır, mədə-bağırsaq traktını köpdən azad eləyir.

Yulaf – B qrupu vitaminlərlə zəngindir, silisiumun mənbəyidir, bu da sinir impulslarını baş beyindən daxili üzvlərə ötürülməsini sürətləndirir. Silisiumun çatışmamazlığı sinir-psixiki pozulmalarına gətirir. Yulaf – yumşaq antidepressantdır, həyat enerjisini artırır, sinir sistemini tonuslandırır, stressə qarşı davamlığı artırır.

Cökə tərkibində efir yağları və qlikozidlərin hesabına görə sakitləşdirici, spazmolitik, sidikqovucu, tərqovucu, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir.

B6 vitamini maddələr mübadiləsində böyük rol oynayır; mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. B6 vitamini triptofanın, metioninin, sisteinin və diğər aminturşuların mübadiləsində aktiv

iştirak edir. B6 vitamini sinir sisteminin bir çox neyromediatorların sintezində iştirak edərək, beyin toxumaların metabolizmini yaxşılaşdırır və, beləliklə, beyinin iş fəaliyyətini yaxşılaşdırır, yaddaşı və əhval-ruhiyyəni artırır. B6 vitaminin vasitəsilə qlükozanın normal mənimsəməsi mərkəzi və periferik sinir sisteminə müsbət təsir göstərir, fiziki və zehni iş qabiliyyətini artırır, sinir sistemini möhkəmləndirir.

Maqnezium  — antistress mineraldır, sinir sisteminin normal işi üçün vacib olan elementdir: baş beyinin neyropeptidlərin əmələ gəlməsində və beyindən impulsların  periferik sinirlərə və əzələlərə ötürülməsində cavabdehdir. Maqnezium ruh düşkünlüyü, əsəbiliyi, oyanıqlığı, kövrəkliyi aradan qaldırır.

Müxtəlif mənşəli depressiv vəziyyətlər;

Emosional və psixoveqetativ pozulmalar (ruh düşkünlüyü, emosional üzgünlük, iş fəaliyyətin zəifləməsi);

Apatiya;

Işə, istirahətə, qidaya, seksual həyətə qarşı marağın itməsi;

Qıcıqlanma, aqressivlik, narahatçılıq, həyəcan;

Stressə qarşı davamlığın azalması;

Xroniki yorğunluq vəziyyətləri və asteniyalar;

Predmenstrual sindrom;

Klimakterik dövr (əsəbilik, yorğunluq);

Hava dəyişgənliyinə qarşı yüksək həssaslıq;

Toksiki zob, şəkərli diabet;

Mastopatiya

Arterial hipertenziya

Komponentlərə qarşı yüksək həssaslıq, fotosensibilizasiya, 6 yaşa qədər uşaqlar.

Dispepsiya, allerqik reaksiyalar.

Preparat 1 kapsuldan gündə 2-3 dəfə təyin edilir.

Kapsul №60

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*