Aptek
Dərmanların satışı
DIGES VITUM
Flakon 200 ml
22.5 ml siropun tərkibində
Mələkotu (Angelica archangelica) 962 mq
Acıçiçək (Genziana lutea) 857 mq
Nanə (Mentha piperita) 581 mq
Razyana (Foeniculum vulgare) 535 mq
Cirə (Pimpinella anisum) 535 mq
Acı yovşan (Artemisia absinthium) 428 mq
Ardıc(Juniperus communis) 324 mq
Ravənd (Rheum palmatum) 266 mq
Cövüz (Myristica fragrans) 214 mq
Ballı nanə (Melissa officinalis) 214 mq
Ənginar (Cynara scolymus) 214 mq
Yonca (Trifolium pratense) 107 mq
Qarayonca (Medicago sativa) 107 mq
Dazıotu (Hypericum perforatum) 7 mq
DIGES VITUM – həzm prossesini və iştahanı yaxşılaşdıran bitki tərkibli vasitədir.
Mələkotu iştahanı artırır, həzm prosesini yaxşılaşdırır və bağırsaqlarda, köpün qarşısını alır. Mələkotu öd və sidikqovucu xüsusiyyətə malikdir.
Acıçiçək həzm prossesində iştrak edən orqanlarının funksiyasını yaxşılaşdırır – iştahanı artırır, mədə vəzilərini qıcıqlandırır, mədə-bağırsaq yolunun motorikasını gücləndirir.
Nanənin tərkibində mentol var, hansı ki qusmaəleyhinə, iltihabəleyhinə, büzücü, ağrıkəsici və dezinfeksiya-edici təsir göstərir;bağırsağın peristaltikasını gücləndirir, mədə-bağırsaq yolunun və qaraciyərin sekresiyasını gücləndirir. Mentol ödqovucu təsirə malikdir və öd yollarının spazmını aradan götürür.
Razyana həzm prossesini yaxşılaşdırır və köpü azaldır. Mədə vəzilərinin sekresiyasını artıraraq, iştahanı artırır.
Cirə həzm prossesini yaxşılaşdırır, mədə və bağırsağın motor funksiyasını yaxşılaşdırır, meteiorizmi azaldır.
Acı yovşan-ın tərkibində acı maddələr var, hansılar iştahanı artırır və həzm orqanların işini yaxşılaşdırır.
Ardıc- efir yağının tərkibindəki terpinol sidikqovucu və ödqovucu təsir göstərir, mədə turşusunun sekresiyasını və bağırsaq peristaltikasını gücləndirir.
Ravəndə-nin tərkibində antraqlikozidlər var, işlədici və ödqovucu təsir göstərir.
Cövüz ödqovucu və qaraciyərdə ödün əmələgəlmə prossesini stimuləedir.
Ballı nanə iştahanı artırır, həzm orqanların işini yaxşılaşdırır, mədə və bağırsağı köpdən azad edir.
Ənginar – tərkibində olan fenol maddəsı sinarin, fenolturşuları, bioflavonoidlər və digər maddələr öd və sidikqovucu, hepatoprotektor təsir göstərir. Sidik cövhəri və toksinləri (nitrobirləşmələri, alkaloidləri, ağır metal duzları) orqanizimdən xaric etməyə kömək edir.
Yonca ödqovucu, sidikqovucu, bəlğəmgətirici, tərqovucu, yarasağaldıcı, ilthabəleyhinə, antitoksik və ağrıkəsici təsirə malikdir.
Qarayonca yumşaq işlədici təsirə malikdir və ümumi möhkəmləndirici komponentdir. Qarayonca qida maddələrinin qaraciyərdə və nazik bağırsaqda inaktivləşməsində iştirak edir.
Dazıotu – tərkibində hiperisin qan damarların spazmını aradan qaldırır, kapilyarları möhkəmləndirir, daxili üzvlərin qan təchizatını və venoz qan dövranını yaxşılaşdırır; mədə şirəsinin əmələ gəlməsini yaxşılaşdırır.
həzm prossesinin pozulması;
dispepsiya;
iştahanın zəifləməsi;
meteorizm;
bağırsaq infeksiyaları;
qaraciyərin və öd yollarının xroniki xəstəliyləri, fizioloji sarılıq.
hamiləlik zamanı dispepsiya, qıcqırma, meteorizm, qəbizlik və xolestaz
komponentlərə qarşı yüksək həssaslıq.
Böyüklərdə 7.5 ml gündə üç dəfə yeməkdən sonra.
Uşaqlarda 1.5-5ml gündə yeməkdən sonra.
Flakon 200 ml