Aptek
Dərmanların satışı
COLİCAİD
30 ml damcı
Hər 1 ml-də (25 damcı) :
Simetikon 40 mq
Şüyüd yağı 0,005 ml
Razyana yağı 0,0007 ml
Colicaid-in tərkibinə daxil olan simetikon qaz qovuqcuqlarının səthi gərilməsini aşağı salaraq parçalayır və nəticədə meteorizmi azaldır. Qazların bir hissəsi bağırsaq divarı tərəfindən udulur və peristaltika hesabına orqanizmdən xaric olunur.
Şüyüd yağı spazmolitik təsir göstərir. Qidanın həzm olunması prossesinə, bağırsaqda çürüməyə müsbət təsir göstərir. Qarın ağrılarını, ağrılı spazmları aradan qaldırır, qazların xaric olmasına səbəb olur.
Razyana yağı meteorizmi aradan qaldırır və sakitləşdirici təsir göstərir. İştahanı artırır.
Meteorizm, aerofagiya, funksional dispepsiya
Bağırsaq infeksiyaları
Hamiləlik zamanı həzm pozğunluğu, qıcqırma, aerofagiya, meteorizm, qəbizlik
Hamiləlik zamanı xolestaz
Qarın boşluğunun rentgenoloji müayinəsi zamanı (öd kisəsi, bağırsaq, böyrəklər və s.)
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
Yoxdur.
Preparat yeməkdən 15 dəqiqə əvvəl qəbul olunur.
0 – 6 ay: 5-10 damcı gündə 4 dəfə
6 – 12 ay: 10-20 damcı gündə 4 dəfə
1 yaşdan yuxarı: 20-25 damcı gündə 4 dəfə
30 ml damcı